Batrakov qol vurdu, tarixə düşdü
Türkiyə təmsilçisi “Qalatasaray”ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Ştutqart”la keçirilən qarşılaşmada iki qol vurub.
Sportify.az xəbər verir ki, bununla da Batrakov Türkiyə klubunun heyətində Çempionlar Liqasının ardıcıl üç oyununda fərqlənən üçüncü futbolçu olub. Ondan əvvəl bu göstəriciyə Burak Yılmaz və Viktor Osimhen nail olublar.
Hazırda davam edən qarşılaşmada “Qalatasaray” 2:0 hesabı ilə öndədir.
Qeyd edək ki, rusiyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, Batrakovun bazar dəyəri 28 milyon avro təşkil edir.



No Comment! Be the first one.