"Bavariya" səfərdə 31-ci oyununda da məğlub olmadı - VİDEO
Almaniya klubu “Bavariya” Bundesliqada səfər oyunlarında məğlubiyyətsiz seriyasını 31 matça çatdırıb.
Sportify.az xəbər verir ki, Münhen təmsilçisi çempionatın 9-cu turunda “Maynts”ı səfərdə 2:1 hesabı ilə məğlub edib. Bu göstərici Bundesliqanın tarixində üçüncü ən uzun seriyadır.
Qeyd edək ki, bu statistika yalnız ölkə çempionatının səfər oyunlarını əhatə edir və avrokuboklar, eləcə də Almaniya Kubokunun matçları nəzərə alınmır.
Bundesliqanın rekord göstəricisi “Bayer”ə məxsusdur. Leverkuzen təmsilçisi 2023/24 mövsümündən 2025/26 mövsümünün 9-cu turunadək səfərdə ardıcıl 37 oyunda məğlub olmayıb. Həmin seriyaya məhz “Bavariya” son qoyub.
“Maynts”la qarşılaşmada hesabı 14-cü dəqiqədə Yoşua Kimmix açıb. İkinci hissədə Lennart Karl qonaqların üstünlüyünü iki topa çatdırıb. Əlavə olunmuş vaxtda Filip Tits fərqi azaltsa da, meydan sahibləri məğlubiyyətdən qaça bilməyiblər.
“Bavariya”nın hər iki qolunda Harri Keynin məhsuldar ötürməsi olub. Qeyd edək ki, qapıçı Manuel Noyer ayağından aldığı zədə səbəbindən ilk hissə başa çatmamış əvəzlənib.
Bu qələbədən sonra “Bavariya” 9 oyunda topladığı 21 xalla Bundesliqanın turnir cədvəlində liderliyini qoruyub.



No Comment! Be the first one.