Bekhem FIFA prezidenti vəzifəsinə namizəd olur
İngiltərə millisinin sabiq futbolçusu, ABŞ-nin “İnter Mayami” klubunun şəriklərindən biri Devid Bekhem FIFA prezidenti vəzifəsinə gətirilə bilər.
Sportify.az “Sky Sports”a istinadən xəbər veerir ki, hazırda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) və Almaniya Futbol İttifaqının (DFB) iştirakı ilə ittifaq yaradılması müzakirə olunur. Məqsəd dünya futbolunun hazırkı rəhbəri Canni İnfantinonun vəzifəsindən getməsinə nail olmaqdır.
51 yaşlı Bekhem koalisiyanın İnfantinonu əvəzləmək üçün nəzərdən keçirdiyi əsas namizədlərdən biri hesab olunur. Nəşrin mənbələrinin fikrincə, ingiltərəlinin dünya miqyasında tanınması, nüfuzu və ABŞ-də futbol layihələrinin inkişafındakı uğurları qlobal futbol ictimaiyyətini bir araya gətirməyə kömək edə bilər.
Bununla belə, bu ssenarinin reallaşması asan görünmür. İnfantino 2016-cı ilin fevralından FIFA-ya rəhbərlik edir və 2025-ci ilin martında rəqibsiz şəkildə yenidən prezident seçilib. Onun səlahiyyət müddəti 2027-ci ilədək davam edir. Buna görə də vəzifədən vaxtından əvvəl getməsi üçün hüquqi mexanizm tələb olunur.
Digər tərəfdən, Bekhem İnfantinonun yaxın münasibətdə olduğu futbol xadimlərindən biri kimi tanınır. Onların uzun illərə söykənən əlaqələri var və ingiltərəli sabiq futbolçu dəfələrlə FIFA-nın təşkil etdiyi tədbirlərdə iştirak edib.



No Comment! Be the first one.