Biletlər tükənir
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında keçiriləcək cavab oyununa biletlərin böyük hissəsi satılıb.
Bu barədə Sportify.az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qarşılaşma üçün məhdud sayda bilet qalıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.



No Comment! Be the first one.