Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirildi
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib.
Sportify.az xəbər verir ki, budəfəki yarışlarda 10 Qarabağ və 15 Dilbaz atı start xəttinə çıxıb.
3 yaşadək Qarabağ atlarının 1600 metr məsafəyə keçirilən “Böyük tac” kuboku uğrunda yarışında “Semum” atı ilə çıxış edən Sadiq Azayev qalib olub. “Yıldız” atının çaparı Ramal Əliyev ikinci, Hilal Nəzərovun idarə etdiyi “Asya” atı isə üçüncü yeri tutub.
Dilbaz atlarının 1600 metr məsafəyə “Böyük tac” kuboku uğrunda yarışında isə Hilal Nəzərov “Mərmər 2” atı ilə finişə birinci çataraq kuboku qazanıb. Rauf Tahirovun “Zilahar”ı ikinci, Sadiq Azayevin çapdığı “Şans” atı üçüncü olub.
4 yaşadək Dilbaz atlarının 2400 metr məsafəyə keçirilən “Böyük Bakı” kuboku uğrunda derbi yarışında Rauf Tahirovun “Zəmzəm” atı qalib gəlib. Hilal Nəzərovun çapdığı “Lavin” ikinci, Ramal Əliyevin idarə etdiyi “Tomris” isə üçüncü olub.
5 yaş və daha böyük yaşlı atların 2 yarışı da 2400 məsafəyə keçirilib. Qarabağ atlarının mübarizısində ARAF kuboku Hilal Nəzərovun çapdığı “Sultan” atına qismət olub. Dilbaz atlarının yarışı isə Sadiq Azayevin “Dərviş”atının uğuru ilə yekunlaşıb.
Növbəti startlar oktyabrın 3-ə planlaşdırılıb.



No Comment! Be the first one.