"Boka Xuniors" 36-cı dəfə çempion oldu - VİDEO
“Boka Xuniors” Argentina çempionatının qalibi olub.
Sportify.az xəbər verir ki, komanda mövsümün son turunda “Defensa Xustisiya”nı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu Enner Valensiya 90+6-cı dəqiqədə vurub.
Bu nəticədən sonra xallarını 63-ə çatdıran “Boka Xuniors” ən yaxın izləyicisi “Rosario Sentral”ı 1 xal qabaqlayıb.
Bu, Buenos-Ayres təmsilçisinin tarixində 36-cı çempionluqdur. Komanda sonuncu dəfə 2022-ci ildə bu uğura imza atıb. Çempionluqların sayına görə yalnız “River Pleyt” (38) “Boka Xuniors”u qabaqlayır.



No Comment! Be the first one.