Böyük Dəbilqə: 5 cüdoçumuz mübarizəyə başlayır
Bu gün İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.
Sportify.az xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq.
Qadınlar
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Madina Qurbonzoda
Leyla Əliyeva – Rin Takeuçi
Kişilər
60 kq, 1/16 final
Əhməd Yusifov – David Naji / Loiq Kudbudinov cütünün qalibi ilə
66 kq, 1/32 final
Turan Bayramov – Lenni Şeynfeld
66 kq, 1/16 final
Ruslan Paşayev – Suxrob Boqiyev
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 10:30-da, final bloku saat 19:00-da başlanacaq. Görüşlər Judo TV və CBC Sport telekanalları ilə canlı yayımlanacaq.



No Comment! Be the first one.