Böyük Dəbilqə: Daha 5 cüdoçumuz tatamiyə çıxır
İsveçrənin Lozanna şəhərində keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.
Sportify.az xəbər verir ki, ikinci günündə üç çəki dərəcəsində 1 qadın, 4 kişi idmançı mübarizə aparacaq:
Qadınlar
70 kq, 1/16 final
Südabə Ağayeva – Luana Karvalyo (Braziliya)
Kişilər
73 kq, 1/32 final
Kamran Süleymanov – Otari Kvantidze (Portuqaliya)
73 kq, 1/16 final
Rəşid Məmmədəliyev – Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi ilə
81 kq, 1/32 final
Vüsal Qələndərzadə – Qacidavud Qasanov (Bəhreyn)
81 kq, 1/16 final
Ömər Rəcəbli – Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi ilə
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 5 cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb.



No Comment! Be the first one.