"Qarabağ", "Zirə" və "Neftçi"nin UEFA-dan qazancları bəlli oldu
Avrokuboklarda mübarizəni dayandırmış Azərbaycan klublarına UEFA-dan ödəniləcək mükafatın məbləği müəyyənləşib.
Sportify.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində çıxışını başa vurmuş “Qarabağ”a 1,45 milyon avro ödəniləcək.
Eyni turnirin II təsnifat mərhələsinədək irəliləyə bilən “Zirə” 700 min avro, “Neftçi” isə 525 min avro alacaq.
Qeyd edək ki, avrokubokların təsnifat mərhələlərində mübarizəni ümumilikdə 129 klub dayandırıb. 108 klub isə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq.



No Comment! Be the first one.