“Neftçi SOCAR” qələbə ilə başladı
3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Takasaki (Yaponiya) mərhələsinə start verilib.
Sportify.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Neftçi SOCAR” qrupun ilk oyununda ev sahibi Yaponiya millisinə 15:14 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupda sonuncu oyun Yaponiyanın “Takasaki” klubuna qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:10-da baş tutacaq.


No Comment! Be the first one.