“İnter” milli üzvünü transfer etdi
İngiltərə millisinin futbolçusu Ced Spens karyerasını İtaliyada davam etdirəcək.
Sportify.az xəbər verir ki, “İnter” klubu 26 yaşlı müdafiəçinin “Tottenhem”dən transferini rəsmən açıqlayıb.
Onunla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
“İnter”in rəsmi saytında Spensin güclü, texniki cəhətdən bacarıqlı və sürətli müdafiəçi olduğu vurğulanıb. Onun xüsusilə təkbətək mübarizələrdə uğurlu çıxış etdiyi, hücumlara qoşulmağı sevdiyi və meydanın hər iki tərəfində effektiv oynaya bildiyi qeyd olunub.
Spens ötən mövsüm bütün turnirlərdə “Tottenhem”in heyətində 44 oyuna çıxıb, lakin fərqlənə bilməyib. O, 2026-cı il dünya çempionatında isə İngiltərə millisinin heyətində 8 matçda iştirak edib.
Transfermarkt ona 40 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Ced Spens müdafiənin sağ cinahında çıxış edir.



No Comment! Be the first one.