“Çelsi” “Lids Yunayted”in Mudrik təklifini rədd etdi
İngiltərənin “Çelsi” klubu, “Lids Yunayted”in ukraynalı hücumçu Mıxaylo Mudrik üçün etdiyi icarə təklifini rədd edib.
Sportify.az xəbər verir ki, “Lids Yunayted” 25 yaşlı futbolçunu 2026/27-ci illər mövsümü üçün icarəyə götürmək istəyib. Lakin “Çelsi” təklif olunan şərtlərdən razı qalmayıb.
“Brentford” da cinah oyunçusunun transferində maraqlıdır. Ancaq klub Mudriki icarəyə götürməkdənsə, onunla birdəfəlik müqavilə imzalamağa üstünlük verir.
Qeyd edək ki, “Koventri Siti” və “Strasburq” da ukraynalı futbolçu ilə maraqlanan klublar arasındadır.



No Comment! Be the first one.