Çempionlar Liqası: Bu gün əsas mərhələyə start veriləcək
Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə əsas mərhələyə start veriləcək.
Sportify.az-ın məlumatına görə. I tur üç oyun gününü əhatə edəcək.
İlk oyun gününün mərkəzi matçı İspaniyada “Real Madrid” və İtaliya “İnter”i arasında olacaq.
Daha bir qarşılaşmada Azərbaycan təmsilçisi “Sabah”la növbəti turlarda üz-üzə gələcək Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Vilyarreal” komandaları görüşəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
8 sentyabr
20:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
20:45. AEK (Yunanıstan) – LASK (Avstriya)
23:00. “Real Madrid” (İspaniya) – “İnter” (İtaliya)
23:00. “Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
23:00. “Borussiya Dortmund”, Almaniya) – “Vilyarreal” (İspaniya)
23:00. “Lill” (Fransa) – “Betis” (İspaniya)
Qeyd edək ki, “Sabah” ilk görüşünü sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.



No Comment! Be the first one.