Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub etdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur davam edir.
Sportify.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu doğma meydanda İngiltərə nəhəngi “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.
Hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə Trey Nyoni fərqlənib. 4 dəqiqə sonra Meyson Qrinbud tarazlığı bərpa edib. Fasiləyə heç-heçə yollanan “Liverpul” 60-cu dəqiqədə Aleksandr İsakın qolu ilə önə keçib. Bununla barışmayan “Fənərbağça” daha sonra 2 qol vurub. Arşi Braun 73, Vedat Muriç 79-cu dəqiqədə fərqlənib.
21:45 – “Fənərbağça” (Türkiyə) – “Liverpul” (İngiltərə) 3:2
Qollar: Meyson Qrinvud, 29, Arşi Braun, 73, Vedat Muriç, 79 – Trey Nyoni, 25, Aleksandr İsak, 69.



No Comment! Be the first one.