Çempionlar Liqası matçında 1 dəqiqəlik sükut
Avstriyanın LASK və Şotlandiyanın “Seltik” komandaları arasındakı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü 1 dəqiqəlik sükutla başlayacaq.
Sportify.az xəbər verir ki, bu addım meydan sahiblərinin təşəbbüsü ilə atılıb.
Ötən həftə “Seltik Park”da keçirilmiş ilk oyunda sonra şotlandiyalı azarkeşin səhhəti pisləşib. Nəticədə o, qarşılaşmadan sonra faciəvi şəkildə dünyasını dəyişib.
LASK “Seltik”lə əlaqə saxlayaraq, mərhum azarkeşin xatirəsinə cavab matçından əvvəl sayğı duruşunun təşkil olunmasını istəyib.
“Seltik” isə LASK-ın bu jestinə görə Avstriya klubuna təşəkkür edib.
Qeyd edək ki, “Seltik”in 3:0 hesablı qələbəsi ilə başa çatan ilk görüşün gedişində 65 yaşlı azarkeş özünü pis hiss edib və xəstəxanaya aparılıb. O, daha sonra dünyasını dəyişib. Ölümün şübhəli hallarla bağlı olmadığı bildirilib.
1 dəqiqəlik sükut bu axşam Lints şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək cavab qarşılaşmasından əvvəl baş tutacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



No Comment! Be the first one.