Çempionlar Liqası: "Vikinq" "Sabah"ı məğlub etdi - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tura bu gün yekun vurulub.
Sportify.az xəbər verir ki, azərbaycanlı azarkeşlərin böyük həyəcanla gözlədiyi oyunda “Sabah” Norveçin “Vikinq” klubunun qonağı olub.
Oyuna daha yaxşı başlayan Azərbaycan təmsilçisi hesabı açıb. 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. Sonradan toparlanan meydan sahibləri 27-ci dəqiqədə Erik Botheimin qolu ilə hesabı bərabərləşdiriblər – 1:1.
69-cu dəqiqədə Zlatko Tripiç “Vikinq”i önə keçirib. Akim Zedadkanın əllə oyununa görə təyin olunmuş penaltini qapıçı Stas Pokatilov qaytarsa da, Tripiç təkrar vuruşla topu tora göndərib.
Cəmi 8 dəqiqə sonra Eyden Makkarti qırmızı vərəqə alaraq “Sabah”ı azlıqda qoyub.
81-ci dəqiqədə Henrik Falkener 3-cü topu Bakı klubunun qapısından keçirib. Əsas vaxta əlavə edilən 4-cü dəqiqədə Erik Botheim dublla yadda qalıb.
Beləliklə 1:4 hesabı ilə uduzan “Sabah” 4 turdan sonra 3 xalla 31-ci yerdədir. “Vikinq” isə 4 xalla 22-ci pillədə qərarlaşıb.
Qollar: Erik Botheim, 27, Zlatko Tripiç, 69, Henrik Falkener, 81, Erik Botheim, 90+4 – Orfe Mbina, 11
Qırmızı vərəqə: Eyden Makkarti, 77 (“Sabah”)
Baş hakim: Sander van der Eyk



No Comment! Be the first one.