Çempionlar Liqası: "Xilasedici" növbəti oyuna çıxır - YENİLƏNİR
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan təmsilçisi “Xilasedici” CEV Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyununa çıxır.
Sportify.az xəbər verir ki, səfərdəki rəqib Sloveniyanın “ACH Volley Lyublyana” klubudur.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda “Xilasedici” 1:3 hesabı ilə məğlub olub.
Mərhələni keçən komanda CEV Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək. Məğlub tərəf isə CEV Kubokunda mübarizə aparacaq.



No Comment! Be the first one.