Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportify.az xəbər verir ki, UEFA-nın yaydığı məlumata əsasən, mükafat uğrunda 4 futbolçu mübarizə aparacaq.
Namizədlər arasında “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden, “Komo”nun futbolçusu Niko Pas, “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey və “Liverpul”un gənc oyunçusu Rio Nquma yer alıb.
Həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında keçirilən azarkeş səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.



No Comment! Be the first one.