Çində Mbappenin sosial şəbəkə hesabları bloklandı
İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappenin uğursuz açıqlamalarına görə yayımladığı rəsmi üzrxahlıq Çində yaranmış qalmaqalı səngitmək əvəzinə, futbolçuya qarşı boykot çağırışlarının yeni dalğasına səbəb olub.
Sportify.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Mbappenin müraciəti futbolçunun anası Fayza Lamarinin rəhbərlik etdiyi “Interconnected Ventures” şirkəti vasitəsilə yayımlanıb. Çində isə açıqlama mənfi qarşılanıb. İddialara görə, yerli ictimaiyyət bunu kommersiya müqavilələrini itirmək qorxusundan verilmiş səthi və panik xarakterli açıqlama kimi qiymətləndirib.
Narazılığın əsas səbəblərindən biri Mbappenin öz sözlərini yalnız “səhv” kimi xarakterizə etməsi və açıqlamada Mao Tszedunun adını ümumiyyətlə çəkməməsi olub. Çinli sosial şəbəkə istifadəçiləri fransalı futbolçunu kütləvi şəkildə ikiüzlülükdə ittiham ediblər.
Nəticədə, Çinin əsas sosial şəbəkələri, o cümlədən ölkənin ən populyar platformalarından biri olan “Weibo” Mbappenin rəsmi səhifələrini “icma qaydalarının pozulması” səbəbilə bloklayıb.



No Comment! Be the first one.