Corc Rassel: Burada qələbə uğrunda mübarizə apara bilərik
“Mercedes” komandasının pilotu Corc Rassel Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində yaxşı nəticə gözləyir.
Sportify.az xəbər verir ki, britaniyalı pilot yarışdan əvvəl keçirilən mətbuat konfransında Bakı trası ilə bağlı fikirlərini bölüşüb.
“Bu, həzz aldığım və kifayət qədər çətin trasdır. Yüksəksürətli döngələr maşınımıza çox uyğundur. Hava şəraitinin də müəyyən təsiri olacaq. Amma buranı sevirəm və ümumilikdə yaxşı trasdır”, – deyə Rassel bildirib.
O, son yarışlardakı çıxışlarından da razı qaldığını vurğulayıb:
“Madriddə çox yaxşı yarış tempimiz və güclü performansımız var idi. Təəssüf ki, texniki problem yaşadıq. Bu, məyusedici oldu, çünki podiuma yüksələ bilərdik. Bakı trası bizim maşınımıza Madrid trasından bir qədər daha çox uyğun gəlir. Ona görə də burada daha yaxşı nəticə gözləyirəm.
Bu il bolidin və təkərlərin fərqli olması ilə bağlı müəyyən çətinliklər yaşadıq. Komanda olaraq nələrin işlədiyini müəyyənləşdirmək bizim üçün vacib idi. Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və burada qələbə uğrunda mübarizə apara biləcəyimizə inanıram”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.



No Comment! Be the first one.