De Zerbi “Tottenhem”in zədəli futbolçuları barədə danışıb
İngiltərə “Tottenhem”inin baş məşqçisi Roberto De Zerbi komandanın zədəli futbolçularının təxmini yaşıl meydanlara qayıdış tarixləri barədə məlumat verib.
Sportify.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Totin və Berqvall milli komandaların oyunları üçün yaranacaq fasiləyə qədər qayıtmalıdırlar. Ola bilsin ki, “Lids”lə matçda start heyətində oynamağa hazır olmasınlar, amma ümid edirəm ki, iştirak ərizəsinə daxil edilə biləcəklər. Mudrik və Savinyo isə fasilədən sonra qayıdacaqlar” – deyə De Zerbi qeyd edib.
Noyabr ayındakı milli komandalar üçün fasilədən sonra “Tottenhem” Premyer Liqanın ilk oyununda noyabrın 21-də doğma meydanda “İpsviç”i qəbul edəcək.



No Comment! Be the first one.