Demba Ba vəzifəsindən ayrıldı
İngiltərənin “Çelsi” klubunun və Seneqal millisinin sabiq hücumçusu Demba Ba “Havr” klubunun idman direktoru vəzifəsini tərk edib.
Sportify.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ərəbdilli investorların idarə etdiyi klubda qeyri-sabit vəziyyət yaranması onun ayrılmasına səbəb olub. “Çelsi”nin sabiq futbolçusu iyunun 19-dan etibarən “Havr”da çalışırdı.
Xatırladaq ki, klub daha əvvəl baş məşqçi Didye Digarı vəzifəsindən azad edib. Bu qərara etiraz olaraq klub prezidenti Jan-Mişel Russye də postunu tərk edib.
Beləliklə, klubun sahibi olan “Blue Crow” investisiya qrupunu rəhbər heyətini yenidən formalaşdırmaq zərurəti gözləyir.
Qeyd edək ki, “Havr” Fransa Liqa 1-in turnir cədvəlində iki xalla sonuncu pillədə qərarlaşıb.



No Comment! Be the first one.