Dieqo Simeone: “Nəticə ədalətli idi, çünki onlar iki, biz isə bir qol vurduq”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 12-ci turunda doğma meydanda “Barselona”ya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportify.az xəbər verir ki, argentinalı mütəxəssis məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışından razı qaldığını bildirib.
“Futbolçularımın oyunundan tam razıyam və şikayət etməyə əsas yoxdur. Rəqibə çətin anlar yaşatdıq, lakin əvvəlki oyunlarda göstərdiyimiz həlledici zərbəni bu dəfə vura bilmədik. “Barselona” isə özünə çox güvənirdi və qol imkanlarından məharətlə istifadə etdi. Futbolçularımla fəxr edirəm. Matç xoşuma gəldi və bütün komandanın çıxışından razı qaldım. Bəli, nəticə ədalətli idi, çünki onlar iki, biz isə bir qol vurduq” – deyə Simeone mətbuat konfransında bildirib.
Qeyd edək ki, 12 turdan sonra 28 xal toplayan “Atletiko” İspaniya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.



No Comment! Be the first one.