Donnarummanı qarət edən İlyasa 9 illik həbs
Hazırda İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Fransa PSJ-sinin sabiq qapıçısı Canluici Donnarummanın Parisdəki evinin qarətini təşkil edən İlyas Herbuş 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sportify.az “Le Parisien”ə istinadən xəbər verir ki, 21 yaşlı Herbuş 2023-cü ilin iyulunda İtaliya millisinin qapıçısının mənzilinə edilən qarəti həbsxana kamerasında olduğu vaxt təşkil etməkdə təqsirli bilinib.
İstintaqın qarətin ikinci təşkilatçısı hesab etdiyi 22 yaşlı Xyan M. isə məhkəmə tərəfindən bəraət alıb.
Hadisə zamanı cinayətkarlar Donnarumma və onun sevgilisi Alessia Elefantenin mənzilinə daxil olaraq onlara qarşı zor tətbiq ediblər. Onlar nağd pul, zinət əşyaları, saatlar və lüks çantalar olmaqla, ümumi dəyəri 1 milyon avroya yaxın əşya oğurlayıblar.
Qeyd olunur ki, həmin vaxt hamilə olan Elefante Cianluici Donnarummanın Parisdəki evinin qarətini təşkil edən İlyas Herbush 9 il müddətinə azadlıqdan məhrum edilib.



No Comment! Be the first one.