Dünya çempionatı: Bazarqanov və Hacıyev yarımfinalda uduzdu - YENİLƏNDİ
Azərbaycan sərbəst güləşçisi İslam Bazarqanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinal görüşünü keçirib.
Sportify.az xəbər verir ki, Bazarqanovun 57 kq çəki dərəcəsində finala gedən yolda rəqibi ABŞ təmsilçisi Spenser Li olub.
Li hesabda geridə olduğu vaxt rəqibinin kürəyini döşəyə sıxan Li görüşü təmiz qələbə ilə başa vurub və finala yüksəlib. Bazarqanov isə sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportify.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən Hacıyev iranlı Mohammad Noxodilarimi ilə üz-üzə gəlib.
Qarşılaşmadan 5:9 hesablı məğlubiyyətlə ayrılan Hacıyev finala yüksələ bilməyib. O, noyabrın 1-də bürünc medal uğrunda görüşdə çıxış edəcək.




No Comment! Be the first one.