Dünya çempionatı: Güləşçilərimiz yarımfinala çıxa bilmədilər YENİLƏNDİ
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün Azərbaycanın 3 güləşçisi döşək üzərinə çıxıb.
Sportify.az xəbər verir ki, qadınların mübarizəsinə Ruzanna Məmmədova mübarizəni 1/8 finalda dayandırıb.
Kişilərin yarışında Maqomedxan Maqomedov 1/4 finalda, Rəşid Babazadə isə ilk görüşdə məğlub olub.
Məmmədova və Maqomedovun ilk görüşü təsnifat mərhələsinə, Babazadədə isə 1/16 finala təsadüf edib.
Dünya çempionatı
29 oktyabr
Qadın güləşi
59 kq
Təsnifat mərhələsi: Ruzanna Məmmədova – Natsuki Yamaquçi (Yaponiya) 5:0
1/8 final: Ruzanna Məmmədova – Menqyu Xie (Çin) 5:8
Sərbəst güləş
97 kq
Təsnifat mərhələsi. Maqomedxan Maqomedov – Aleksandr Huştin (Belarus) 17:7
1/8 final: Maqomedxan Maqomedov – Arturo Silot Torres (Kuba) 18:16
1/4 final: Maqomedxan Maqomedov – Ahmed Moqamed Tacudinov (Bəhreyn) 7:12
65 kq
1/16 final. Rəşid Babazadə – Tayirbek Jumasbek Uulu (Qırğızıstan) 8:9



No Comment! Be the first one.