Edqar Adilxanov: Milliyə dəvəti gözləmirdim - VİDEO
İlk növbədə, qələbə münasibətilə xalqımızı təbrik edirəm”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Edqar Adilxanov evdə Tacikistana 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.
Əsas yığmada ilk oyununu keçirən gənc yarımmüdafiəçi debüt etdiyi üçün məşqçilər heyətinə təşəkkürünü bildirib: “Çox xoşbəxtəm. Fikrimcə, yığmada oynamaq hər bir futbolçunun xəyalı, arzusudur. Çox xoşbəxtəm ki, məşqçilər mənə güvəndilər və debütümü etdim. Açığı, yığmaya dəvəti gözləmirmirdim. Çünki heç bir xəbərim yox idi. U-21 yığmasının məşqçiləri vəziyyətimin necə olduğunu soruşurdular, özüm də U-21-ə hazırlaşırdım. Sevinirəm ki, əsas milliyə çağırdılar. İlk dəfə bunu eşidəndə çox məmnun oldum. İki ildir adımı siyahıda görməyi xəyal edir, dəvəti gözləyirdim. Axır ki bu oldu. Çox şadam”.
Adilxanov sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının D qrupunun oyunundan gözləntilərini bölüşüb: “Komandamızda vəziyyət yaxşıdır. Bərpa prosesini keçdikdən sonra Litvaya uçuşumuz olacaq. Orada fikrimcə, daha çox taktiki məşqlər olacaq. Rəqibi yaxşı analiz edərək, qələbə qazanmağa çalışacağıq”.



No Comment! Be the first one.