Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununda
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, Ağayev UEFA Millətlər Liqasında B Liqasının 2-ci qrupunun Gürcüstan – Ukrayna matçının baş hakimi olacaq.
Ona həmyerlilərindən Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Rauf Cabarov dördüncü hakim, İnqilab Məmmədov isə VAR hakiminin köməkçisi qismində yardımçı olacaq.
VAR hakimi funksiyasını italiyalı Aleandro Di Paolo yerinə yetirəcək.
Şimali makedoniyalı Aleksander Stavrev hakim-inspektor, moldovalı Roksana Berçeanu UEFA nümayəndəsi kimi çalışacaq.
Qeyd edək ki, sentyabrın 28-də Tbilisi şəhərindəki Boris Payçadze adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.



No Comment! Be the first one.