Emin Mahmudovun vida paylaşımı - FOTO
“Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşürəm: Azərbaycan milli komandasındakı karyeramı başa vururam”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
34 yaşlı yarımmüdafiəçi milli formanı ilk dəfə geyindiyi günü heç vaxt unutmayacağını vurğulayıb: “O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi. Bu illər mənə unudulmaz anlar, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyim duyğular bəxş etdi. Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşşəkür isə hər zaman dəstəyini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq. Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram. Hər şey üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Emin Mahmudov Azərbaycan millisində ilk oyununu 4 sentyabr 2016-cı ildə səfərdə San Marinoya qarşı keçirib. İndiyədək 65 qarşılaşmada 16 qol vurmuş yarımmüdafiəçi noyabrın 16-da Andorra ilə yoldaşlıq görüşündən sonra karyerasını rəsmən başa vuracaq.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.