Emrelinin komandasının yeni baş məşqçisi məlum oldu
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportify.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu vəzifəyə Tomaş Kaçmarek təyin olunacaq.
Rəsmi təqdimatın tezliklə gerçəkləşəcəyi bildirilir.
41 yaşlı mütəxəssis bu il iyulun 1-də Polşanın digər komandası “Radomyak”ın sükanı arxasına keçib.
“Rakuv” Kaçmareki əldə etmək üçün onun “Radomyak”la müqaviləsindəki 250 min avroluq kompensasiyanı ödəyib.
Artıq istedadlı mütəxəssis kollektivlə vidalaşıb. “Radomyak”da bugünkü məşqi onun köməkçisi Rafal Qjib keçib.
Qeyd edək ki, “Rakuv” Ekstraklasada arxada qalan 6 tur ərzində xal toplaya bilməyən yeganə komandadır və hazırda sonuncu – 18-ci pillədə qərarlaşıb.



No Comment! Be the first one.