“Sabahın nə gətirəcəyini heç kim bilmir”
Türkiyənin “Ərzurumspor” klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə transfer ilə bağlı danışıb.
Gənc hücumçu bu barədə Sportify.az-a eksklüziv açıqlama verib.
“Komandaya yeni qoşulmuşam. Hələlik nəsə demək istəmirəm. Futbolda sabahın nə gətirəcəyini heç kim bilmir. Görək, necə olacaq”, – deyə futbolçu qeyd edib.
22 yaşlı hücumçu Superliqanın yeni iştirakçısı ilə 1 illik icarə müqaviləsi imzalayıb.
Artıq komandanın düşərgəsində olan forvard tibbi müayinədən uğurla keçib.
Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.



No Comment! Be the first one.