Eyden Makkarti: Yenə topu tora qovuşduracağam
“Biz onlara görə nə qədər narahatıqsa, onlar da bizim üçün o qədər narahat olmalıdırlar”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Eyden Makkarti Norveçdə “Vikinq”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
23 yaşlı müdafiəçi Norveç təmsilçisinin hücum keçidlərinə qarşı komanda şəklində mübarizə aparmağın vacibliyini vurğulayıb: “Məncə, bir komanda olaraq, komandanın müdafiə hissəsini bir tərəfə qoyaq, biz sadəcə olaraq bir vahid, bir bütöv kimi birlikdə qalmalıyıq, işi tam şəkildə yerinə yetirməliyik. Hiss edirəm ki, hər bir vəziyyətdə fərqli həll yollarına ehtiyacınız var, lakin mən komanda yoldaşlarıma və özümə çox əminəm ki, biz hər bir vəziyyətin öhdəsindən bacardığımız qədər əla gələcəyik”.
Cənubi afrikalı legioner Çempionlar Liqasındakı ilk qolunu III turda Bakıda Almaniya “Borussiya Dortmund”una 1:2 hesabı ilə uduzduqları oyunda vurub. Bu qolun ona verdiyi inam və motivasiya barədə danışan Makkarti növbəti oyunda da fərqlənmək istədiyini bildirib: “Bu, kimin üçünsə asanlıqla gəlməyən bir inam təkanvericisidir. Şəxsən özümə gəlincə, sadəcə bunu növbəti oyuna daşımaq, əlimdən gələni etmək lazımdır. Vəziyyət və şans yenidən yaranarsa, mən mütləq topu tora qovuşduracağam. Biz sadəcə olaraq arxada kompakt qaldığımızdan əmin olmalıyıq”.
Qeyd edək ki, noyabrın 4-də keçiriləcək “Vikinq” – “Sabah” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.



No Comment! Be the first one.