“Fənərbağça”dan sonra “Bolonya”dan da qovuldu
İtaliyanın “Bolonya” klubunun rəhbərliyi baş məşqçi Domeniko Tedeskonu istefaya göndərmək qərarına gəlib.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
41 yaşlı mütəxəssisin yaxın saatlarda rəsmən istefaya göndəriləcəyi gözlənilir. “Bolonya”nın yeni baş məşqçisinin isə Raffaele Palladino olacağı bildirilir.
Qeyd edək ki, Domeniko Tedesko iyunun 9-da “Bolonya”nın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda A Seriyasında 4 oyun keçirib. “Bolonya” bu matçların 3-də qol vurmadan məğlub olub, 1 görüşdə isə heç-heçə edib.
Tedesko “Bolonya”ya keçməzdən əvvəl Türkiyənin “Fənərbağça” komandasının sükanı arxasında olub.



No Comment! Be the first one.