Ferstappen: Uğurun əsas açarı məhz budur
“Red Bull” komandasının pilotu, Formula-1 üzrə dördqat dünya çempionu Maks Ferstappen noyabrın 20-dən 22-dək keçiriləcək Las-Veqas Qran-prisi öncəsi trasın xüsusiyyətləri barədə danışıb.
Sportify.az xəbər verir ki, niderlandlı pilot “RB22” bolidinin bu trasda nə dərəcədə rəqabətədavamlı olacağını əvvəlcədən proqnozlaşdırmağın çətin olduğunu bildirib.
“Las-Veqas trası həm fərqliliyi, həm də xüsusiyyətlərinə görə bütün komandalar üçün çətin sınaqdır. Burada enerji sərfiyyatı xüsusi əhəmiyyət daşıyacaq. Uzun düz yolda maksimum sürətə çatmaq və enerjini düzgün bölüşdürmək vacibdir. Bu baxımdan tras müəyyən qədər Monzaya bənzəyir. Orada da hava axınından yararlanmaq kifayət qədər üstünlük verir.
Digər tərəfdən, Las-Veqasda temperatur çox aşağı olur və bu, bolidlərin davranışına ciddi təsir göstərir. Bəzi komandalar belə şəraitdə gözlənilmədən daha yaxşı nəticələr göstərə bilirlər. Əvvəlki illərin təcrübəsinə əsasən, bu tras adətən bizim üçün əlverişli olmayıb. Lakin görək, bu dəfə təkərləri lazımi iş rejiminə sala biləcəyikmi? Düşünürəm ki, uğurun əsas açarı məhz budur”, – deyə Ferstappen “RacingNews365″ə açıqlamasında bildirib.



No Comment! Be the first one.