Vinisius: Ançelotti karyeramın istiqamətini dəyişib
Braziliya millisinin hücumçusu Vinisius Junior yığmanın baş məşqçisi Karlo Ançelotti ilə münasibətləri və italiyalı mütəxəssisin onun karyerasına təsiri barədə danışıb.
Sportify.az xəbər verir ki, futbolçu daha əvvəl “Real Madrid”də də Ançelottinin rəhbərliyi altında çıxış edib.
“Ançelottiyə hər zaman böyük rəğbət bəsləmişəm. O, həm “Real”da, həm də ümumilikdə futbolda mənim karyeramın istiqamətini dəyişib. Həmişə məni müdafiə edib və ən dəyərli məsləhətlərini verib.
Onun Braziliya millisinin baş məşqçisi ola biləcəyini eşidəndə çox sevinmişdim. Çünki onun rəhbərliyi altında göstəricilərimin yaxşılaşacağını bilirdim. Ançelottinin rəhbərliyi altında artıq 10 qol vurmuşam. Halbuki bundan əvvəl hesabımda cəmi 6 qol var idi.
Daha az səhvə yol verməli və məhdud vaxt ərzində maksimum səmərə ilə oynamalıyıq. Əminəm ki, o, optimal heyəti və ideal taktiki sxemi müəyyənləşdirəcək. Beləliklə, braziliyalılar kimi oynamalı olduğumuz futbolu nümayiş etdirəcəyik”, – deyə Vinisiusun sözlərini “Globo” nəşri yayıb.


No Comment! Be the first one.