Filipe Kandido: Heç-heçə ilə barışmalıyıq
“Sumqayır”ın baş məşqçisi Filipe Kandido evdə “Şəfa” ilə 1:1 hesablıq heç-heçə etdikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
“İlk növbədə, heç-heçə nəticəsini qəbul etməliyik. Bilirdim ki, bizi çətin oyun gözləyir. “Şamaxı”nın bu gün meydanda sona qədər mübarizə aparacağını, əlindən gələni edəcəyini gözləyirdik.
Düşünürəm ki, oyunun ilk 10-15 dəqiqəsinə yaxşı başladıq. Lakin bundan sonra konsentrasiyamızı itirdik, çoxlu top itkilərinə yol verdik. Rəqib də bundan yararlandı. Hesab edirəm ki, onlar ilk hissəni öndə başa vurmağa layiq idilər.
Fasilədə müəyyən dəyişikliklər etməyə çalışdıq və düşünürəm ki, buna nail olduq. Bir neçə qol imkanı yaratdıq və bərabərlik qolunu vurduq. Bununla belə, bu gün rəqibə də çoxsaylı qol imkanları verdik. Bəzi məqamlarda bəxtimiz gətirdi. Futbolda bəzən bəxt amili də önəmli olur.
Təbii ki, bu, istədiyimiz nəticə deyildi. Ancaq oyunun gedişatına baxsaq, qarşılaşma həm bizim, həm də rəqibin xeyrinə yekunlaşa bilərdi. Buna görə də bu gün heç-heçə nəticəsini qəbul etməli və onunla barışmalıyıq”.



No Comment! Be the first one.