Futbolçumuz Rumıniyada qələbəyə sevindi
Rumıniya Superliqasında 15-ci turun oyunları keçirilir.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “UTA Arad”la üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. “Petrolul”a qələbə gətirən qolu 71-ci dəqiqədə Mario İonita vurub.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 65-ci dəqiqədə Luço Veqanın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, xallarının sayını 27-ə çatdıran “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.



No Comment! Be the first one.