Fyodor Yemelyanenko Con Consla döyüşə hazırdır
Rusiyanın əfsanəvi MMA döyüşçüsü Fyodor Yemelyanenko maraqlı açıqlaması ilə yenidən gündəmə gəlib.
Sportify.az xəbər verir ki, Yemelyanenko keçmiş UFC çempionu Con Consla güləş qarşılaşmasına çıxmağa hazır olduğunu bildirib.
“Con böyük döyüşçüdür, çox yaxşı idmançıdır. İnsan kimi də xoşuma gəlib. O, Moskvaya gələndə qısa müddət ünsiyyətdə olmuşduq. Çox xoş insandır. Conla güləşmək? Əlbəttə, mümkündür” – deyə Yemelyanenko “Red Corner MMA” “YouTube” kanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Fyodor Yemelyanenko peşəkar MMA karyerasına 2000-ci ilin avqustunda başlayıb, 2023-cü ilin fevralında isə karyerasını başa vurub. Onun hesabında 40 qələbə, 7 məğlubiyyət və nəticəsiz başa çatan bir döyüş var. Qələbələrinin 31-ni vaxtından əvvəl əldə edib.
Yemelyanenko karyerası ərzində Mark Koulman, Renatu Sobral, Harri Qudric, Kevin Rendleman, Mark Hant, Mirko Filipoviç, Tim Silviya, Andrey Orlovski və Antonio Rodriqo Noqeyra kimi tanınmış döyüşçülərə qalib gəlib.
Bir çox nüfuzlu media qurumları və mütəxəssislər onu MMA tarixinin ən böyük döyüşçülərindən biri hesab edirlər.



No Comment! Be the first one.