"Fənərbağça" 17 mövsümdən sonra Çempionlar Liqasında!
Türkiyənin “Fənərbağça” klubu 17 mövsümlük aradan sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, “sarı-lacivərdlilər” pley-off mərhələsində Fransa təmsilçisi “Lion”u mübarizədən kənarlaşdırıb.
İstanbuldakı ilk qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılan “Fənər” cavab görüşündə qələbəyə nail olub – 2:1.
Hesabı 24-cü dəqiqədə Türkiyə komandanın futbolçusu Vedat Muriç açıb. Bundan 4 dəqiqə sonra Arçi Braun fərqi artırıb.
Meydan sahiblərinin təsəlli qolunu isə 61-ci dəqiqədə Malik Fofana vurub. Sonradan “Lion” daha 2 qol vursa da, hər ikisi VAR müdaxiləsindən sonra ləğv edilib.
Beləliklə, “Fənərbağça” birbaşa vəsiqənin sahibi “Qalatasaray”la birlikdə Çempionlar Liqasının Liqa mərhələsində Türkiyəni təmsil edəcək. Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da olacaq.



No Comment! Be the first one.