“Gəncə” məğlub oldu, “Naxçıvan”dan qələbə
Bu gün qadın voleybolçularının Super Liqasında 2026–2027-ci illər mövsümünə start verilib.
Sportify.az xəbər verir ki, mövsümün ilk oyun günündə I turun iki qarşılaşması keçirilib.
“Milli Aviasiya Akademiyası” komandası “Gəncə” ilə, “Azərmaş Abşeron” isə “Naxçıvan” klubu ilə üz-üzə gəlib. Görüşlərdə müvafiq olaraq “Milli Aviasiya Akademiyası” və “Naxçıvan” komandaları 3:0 hesablı qələbə qazanıblar.
“DH Volley” və “Turan” komandalarının iştirakı ilə keçirilməli olan UNEC – “DH Volley” və “AZERRAIL” – “Turan” qarşılaşmaları isə klubların avrokuboklarda iştirakı səbəbindən təxirə salınıb. Həmin görüşlərin keçiriləcəyi tarixlər barədə yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, sabah Super Liqanın II turu çərçivəsində “Murov Az Terminal” – UNEC qarşılaşması keçiriləcək. Oyun saat 14:00-da “Murov Az Terminal”ın idman zalında baş tutacaq.
6 noyabr
Super Liqa (Qadınlar)
I tur
“Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:0 (25:22, 25:17, 25:19)
“Azərmaş Abşeron” – “Naxçıvan” 0:3 (20:25, 13:25, 12:25)



No Comment! Be the first one.