“Gəncə” “Naxçıvan”a məğlub oldu
Qadın voleybolçuların Super Liqasında növbəti qarşılaşma keçirilib.
Sportify.az xəbər verir ki, Super Liqanın II turu çərçivəsində Gəncə şəhərini təmsil edən “Gəncə” komandası “Naxçıvan” klubu ilə üz-üzə gəlib. Gəncə İdman Sarayında keçirilən oyun Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qadın voleybolçuların Super Liqasında növbəti oyun noyabrın 16-da keçiriləcək.
14 noyabr
Super Liqa
II tur
“Gəncə” – “Naxçıvan” 2:3 (29:27, 17:25, 9:25, 25:18, 8:15)


No Comment! Be the first one.