"Gəncə" "Sportinq"i məğlub etdi
FIBA Avropa Kubokunda növbəti oyunlar keçirilir.
Sportify.az xəbər verir ki, “Gəncə” basketbol komandası bu gün növbəti matçına çıxıb.
Murad Dikmənin rəhbərlik etdiyi komanda 4-cü turda Portuqaliyanın “Sportinq” klubunu 69:67 hesabı ilə məğlub edib.
Qarşılaşma Gəncə İdman Sarayında baş tutub.
Xatırladaq ki, “Gəncə” yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi “Kolossos”a (62:80) və Türkiyənin “Esenler Erokspor” klubuna uduzub – 63:92. Komandanın III turda “Rilski Sportist” (Bolqarıstan) ilə qarşılaşması təxirə salınıb.



No Comment! Be the first one.