Gəncənin icra başçısı şəhid övladları ilə "Kəpəz"in oyununda - FOTOLAR
“Kəpəz”in yenidən inşa olunan Gəncə Stadionunda “Zirə” ilə keçirdiyi Azərbaycan Premyer Liqasının VIII tur oyununu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da izləyib.
Sportify.az xəbər verir ki, icra başçısı matça Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, bələdiyyə sədrləri, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları və şəhid övladları ilə birlikdə baxıb.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyundan sonra Niyazi Bayramov şəhid övladları ilə səmimi söhbət edib.
Qeyd edək ki, Gəncə Şəhər Stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb. İki il ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər nəticəsində stadion beynəlxalq tələblərə uyğunlaşdırılıb. Bu status Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarını, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmaları qəbul etmək imkanı yaradır.











No Comment! Be the first one.