Gimnastlarımız dünya çempionatında gümüş medal qazandılar
İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan idmançıları uğurlu nəticə göstəriblər.
Sportify.az xəbər verir ki,Sentyabrın 11-dən 13-dək təşkil olunan mötəbər yarışda ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov gümüş medal qazanıblar.
Azərbaycan gimnastları final mərhələsində inamlı çıxış nümayiş etdirərək 0,1 xal fərqlə yarışın gümüş medalına sahib olublar.
Avropa çempionu olan Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsində 19,050 xal toplayaraq finala vəsiqə qazanıblar. Final çıxışının nəticəsinə əsasən təmsilçilərimiz fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
Qeyd edək ki, dünya çempionatında 38 ölkədən 350-dən çox gimnast iştirak edib.



No Comment! Be the first one.