Güləşçimiz erməniyə uduzdu, dünya çempionu ola bilmədi
Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0.
Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Əhmədov dünya üçüncüsü olub.

Cavidan Nehmətov (77 kq) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Nəhmətov gümüş medalla kifayətlənib.



No Comment! Be the first one.