“Həmin oyunu yaddaşımızda saxlayacağıq”
Almaniya klubu “Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra yenidən işə qayıtması ilə bağlı açıqlama verib.
Sportify.az xəbər verir ki, mütəxəssis bu barədə Münhen klubunun rəsmi saytına danışıb:
“Ümid edirəm ki, hər şey ən qısa zamanda qaydasına düşəcək. Klubun və gecə-gündüz çalışan bütün tibbi heyətin mənə göstərdiyi diqqətə görə çox minnətdaram. Onlar qayğıma qalmaq üçün əllərindən gələni etdilər.
Həmçinin işimi davam etdirən və bu vəziyyətdən maksimum fayda əldə etməyimizə kömək edən məşqçilər korpusuna təşəkkür etmək istəyirəm.
“Atletiko” ilə matçdan çox zövq aldım. Orada olmasam da, bu görüş məşqçilik karyeramın ən gözəl anlarından biri idi. Həmin oyunu yaddaşımızda saxlayacağıq və bu, gələcəkdə bizə əlavə güc verəcək.
Ora qorxmadan yollandıq və meydanda əsl “Bavariya”nı gördük. Sabah işimizi davam etdirəcəyik”.



No Comment! Be the first one.