Hakimi döydü, 1 illik cəza aldı
İsaniyanın “Portonovo 1979” klubunun futbolçusu Xorxe Komesana veteranların oyunu zamanı 18 yaşlı hakim Alexandro Nine Falkonu döydüyünə görə bir il müddətinə diskvalifikasiya edilib.
Sportify.az “Diario de Pontevedra” qəzetinə istinadən xəbər verir ki, hadisə 31 oktyabrda “Vilaqarsiya de Arousada Bamio” ilə matç zamanı baş verib. Matçın 70-ci dəqiqəsində Komesana ikinci sarı vərəqə alıb.
Hakimin penalti qərarından sonra futbolçu hər iki əli ilə hakimin üzündən tutub silkələməyə başlayıb. Daha sonra yumruğunu yelləyib, amma zərbəni dəqiq yerinə yetirə bilməyib, daha sonra isə yenidən hakimin üzündən tutub itələyib. Nəticədə Nine Falkon yerə yıxılıb.



No Comment! Be the first one.