“Hapoel Beer Şeva” Bakıda penaltiləri məşq etdi – VİDEO
İsrailin “Hapoel Beer Şeva” klubu “Sabah”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Bakıya oyundan 3 gün əvvəl gəlib.
Sportify.az xəbər verir ki, avqustun 22-də axşam saatlarından Azərbaycan paytaxtında olan rəqib kollektiv ertəsi gün Bakı Olimpiya Stadionunda məşqə çıxıb.
Hazırlıq prosesindən paylaşılan görüntülərdə komandann penaltilər üzərində çalışması diqqətdən yayınmayıb. Penatiləri dəqiq yerinə yetirə bilməyənlər isə “jim” hərəkətləri ilə cəzalandırılıblar.
Bu gün səhər isə “Hapoel Beer Şeva” qaldığı oteldə yəhudi dini ibadətini edərək, sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:45-də başlanacaq. İlk matçda “Hapoel Beer Şeva” qələbə qazanıb – 2:1. Cütün qalibi tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
@hbsfc אתגר של סוף אימון ⚽️ #בארשבע #הפועלבארשבע #hbs ♬ צליל מקורי – Hapoel Beer Sheva FC



No Comment! Be the first one.