Harri Keyn Avropanın ən çox maaş alan futbolçusu olacaq
Almaniya “Bavariya”sı ilə müqaviləsini 2029-cu ilə qədər uzadan Harri Keyn Avropanın ən yüksək ödənişli futbolçusuna çevrilib.
Sportify.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bu gün ingiltərəli hücumçunun Münhen klubu ilə yeni müqavilə imzaladığı açıqlanıb. Mənbənin məlumatına görə, Keynin yeni maaşı “Bavariya” tarixində rekord göstərici olacaq və futbolçunu Avropanın ən çox qazanan oyunçusu edəcək.
Qeyd edək ki, 33 yaşlı Harri Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. O, bu müddət ərzində iki dəfə Bundesliqanın çempionu olub, Almaniya Kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb. 2026-cı ilin oktyabrında isə İngiltərə millisinin hücumçusu “Qızıl top” mükafatına layiq görülüb.
“Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 60 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.