I Liqa: “Karvan-Yevlax” üç xalı üç qolla qazandı
Azərbaycan I Liqasında III tura start verilib.
Sportify.az xəbər verir ki, turun ilk oyununda “Karvan-Yevlax” doğma meydanda “Zaqatala” ilə qarşılaşıb.
Yevlax şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yevlax klubunun qollarını İ.Əliyev (9, 22) və E.Mustafayev (45+3) vurublar.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Karvan-Yevlax” turnir cədvəlinin lideri olub.
16 sentyabr
16:30. “Karvan-Yevlax” – “Zaqatala” – 3:0
Qollar: İ.Əliyev, 9, 22; E.Mustafayev, 45+3
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Aydın Baxşıyev, Maqsud Şamıyev.
Yevlax şəhər stadionu
17 sentyabr
“Şimal” – “Şahdağ Qusar”
“Mingəçevir” – “Gəncəbasar”
“Baku Sportinq” – “Səbail”
18 sentyabr
“Xankəndi” – “MOİK”



No Comment! Be the first one.